Qazaxıstanda 4.6 ballıq zəlzələ 

10:37 07.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Almatı şəhərindən 55 km şərqdə zəlzələ baş verib.

 

Hafta.az "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodiki Ekspedisiyasının seysmik stansiyalar şəbəkəsi məlumat yayıb.

Maqnitudası 4.6 bal olan zəlzələ Almatının mərkəzində qismən hiss olunub. Ətraf ərazilərdə isə 2-3 bal olduğu üçün hiss edilməyib.

 

Dağıntı və itkilər barədə məlumat yoxdur.